"Passat" "Jiquliyə çıprıldı, yaralılar var - Gəncədə qəza
Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Hadisə şəhərin Nizami prospekti ilə Pərviz Səmədov küçəsinin kəsişməsində qeydə alınıb.
Şəhər sakini, 1986-cı il təvəllüdlü Aqil Xəlilovun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil yüksək sürətlə hərəkət edərək yolun kənarında dayanan “VAZ 2107”-ə çırpılıb. Qəza zamanı “Passat”ın sürücüsü və sərnişini, 1989-cu il təvəllüdlü Xəyal Hüseynov, həmçinin “VAZ”da olan sərnişin, 1990-cı il təvəllüdlü Nuranə Əliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Sürücü A. Xəlilovun vəziyyəti normal olduğu üçün ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər iki nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
1134
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1165
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
982
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
627
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
722
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
501