Neftin qiyməti 50 dollara yaxınlaşır
Bir günlük fasilədən sonra birjalarda neftin qiyməti yenidən bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin son 24 saatda maksimum qiyməti 49,87 dollar təşkil edib. Bu bir gün əvvəlki qiymətdən 54 sent bahadır. Səhər seanslarında bu markadan olan neft bir qədər ucuzlaşaraq 49,69 sentdən satılmağa başlayıb. Qərbi Texas nefti də aylıq maksimumu yeniləyib. Oktyabr ayı üçün bağlanan müqavilələrdə WTİ neftinin bir bareli 46,91 dollardan müəyyənləşib. Bu, son bir ayda qeydə alınan ən yüksək qiymətdir.
Ekspertlərin fikrincə, qiymətlərin bahalaşması ABŞ-da hasil olunmuş xam neft ehtiyatlarının həcminin azalması ilə bağlıdır. Bir günlük fasilədən sonra bazar bu məlumata köklənib və alqı-satqı əməliyyatları bu amil nəzərə alınaraq həyata keçirilir. Digər tərəfdən OPEK-dən gələn xəbərlər də neftin qiymətinin yüksək həddə saxlanmasını təmin edir.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı