Mövqelərimiz iriçaplı silahlardan atəşə tutulur
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber, Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
OXŞAR XƏBƏRLƏR
16:26
1163
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1195
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
987
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
628
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
724
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
502