Patrik Hikki səlahiyyətlərini dondurdu (HƏBS GÖRÜNTÜLƏRİ)
Patrik Hikki Avropa Olimpiya Komitəsinin (AOK) və İrlandiya Milli Olimpiya Komitəsinin prezidenti səlahiyyətlərini müvəqqəti olaraq dondurub.
APA TV-nin məlumatına görə, bu barədə Avropa Olimpiya Komitəsinin rəsmi saytında bildirilir.
“Son hadisələr və səhhətinin pisləşməsi ilə əlaqədar Patrik Hikki müvəqqəti olaraq Avropa Olimpiya Komitəsi (AOK) və İrlandiya Milli Olimpiya Komitəsində (OCİ) səlahiyyətlərini dondurmaq barədə qərar alıb”, məlumatda deyilir.
Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Patrik Hikkini bu gün Rio-de-Janeyroda həbs edilib. O, Rio-2016-nın qanunsuz bilet satışına bağlılığı olduğu üçün saxlanılıb. Sonra özünü pis hiss edən AOK prezidenti xəstəxanaya aparılıb.
Braziliya telekanalları Patrik Hikkinin həbsinin görüntülərini də yayıblar.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı