Lənkəran sakini Lerikdə şəlalədə boğuldu
Lerikdə bədbəxt hadisə baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Lənkəran rayonunun Digah kənd sakini, 18 yaşlı Mirdaməd Məhəmməd oğlu İsmayılov Lənkəran-Lerik şose yolunun 25-ci kilometrliyində, yolun Lerikin Piran kəndi ərazisində yerləşən şəlalənin altında çimərkən suda batıb.
Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicilərinin səyləri ilə 18 yaşlı gəncin meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, Mirdaməd İsmayılovun çimdiyi ərazi təhlükəli zonada yerləşir. Burada bəzi yerlərdə yeraltı çatların dərinliyi 10 metrdən çoxdur.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:26
1162
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1192
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
986
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
628
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
724
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
502