Türkiyədə Baş Qərargah rəisini prezident təyin edəcək - YENİ QƏRARNAMƏ
Türkiyədə hökumət tərəfindən hazırlanan və prezidentin imzaladığı qanun hökmündə qərarnamələr bu gündən qüvvəyə minib. APA TV-nin məlumatına görə, yeni qərarnamələrə əsasən, bundan sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisini prezident təyin edəcək. Qərarnaməyə əsasən, polis təşkilatında çalışan 2350 nəfər hüquq-mühafizə orqanları sistemindən xaric edilib. Türkiyə Silahlı Qüvvələrindən FETÖ ilə əlaqəsi aşkarlanan daha 136 zabitin qovulmasına qərar verilib. Bağlanan hərbi hospitalların şəxsi heyəti Səhiyyə Nazirliyinin ştatına keçib. Qərarnaməyə əsasən, dörd illik fakültələrdən məzun olanlara zabit rütbəsində orduda xidmət edə biləcəklər.
Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyindən də xeyli vəzifəli şəxs tutduğu vəzifədən azad olunub. Yeni qərarnaməyə əsasən, FETÖ ilə əlaqəsi olan şəxslərin hamısı fövqəladə vəziyyət dövründə istintaqa cəlb oluna biləcəklər. Daha bir maddəyə əsasən, 2010-cu ildə işə qəbul imtahanlarında sualları əvvəlcədən əldə etmiş şəxslərin bütün nəticələri ləğqv olunacaq.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı