Lənkəranda dənizdə batmış 15 yaşlı oğlanın meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri dünən Xəzər dənizinin Lənkəran sahillərində batmış 15 yaşlı oğlanın meyitini tapıblar. APA TV-nin Cənub bürosunun məlumatına görə, meyit bu gün sahildən 1 kilometr aralıda tapılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, avqustun 15-də günorta saatlarında Xəzər dənizinin şəhərin “Kiçik bazar” ərazisində boğulma faktı qeydə alınıb.
Rayonun Göyşaban kənd sakini, 15 yaşlı Elmar Eldar oğlu İslamzadə dənizdə çimərkən batıb. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri cəlb olunub. Lakin güclü külək əsdiyindən Elmar İslamzadənin cəsədinin həmin gün sudan tapılması mümkün olmayıb.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək