Səudiyyəli nazirin açıqlaması nefti bahalaşdırdı
Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, son 24 saat ərzində "Brent" markalı neftin maksimum qiyməti 48,48 dollar təşkil edib. Səhər seanslarında qiymət 48,07 dollara ensə də, treyderlər bahalaşma tendensiyasının gün ərzində davam edəcəyini bildirirlər. Qərbi Texas nefti də aylıq maksimumu yeniləyib. Oktyabr ayı üçün bağlanan müqavilələrdə WTİ neftinin bir bareli 45,58 dollar müəyyənləşib.
Ekspertlər hesab edir ki, Səudiyyə Ərəbistanının neft nazirinin OPEK-in gələn ay keçiriləcək toplantısına dair açıqlamaları bazara təsirini itirməkdədir. Bu baxımdan qiymətlərin bahalaşma trendinə girməsinə rəğmən həftə ərzində müəyyən korrektələrin olacağı qaçılmazdır.
OXŞAR XƏBƏRLƏR
15:18
112
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1171
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1203
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
994
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
630
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
726