Dəhşətli qəza: gənc ata və ana dünyasını dəyişdi
Ötən gecə Bakı-Quba yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, Sumqayıt şəhər sakini Elşən Əliyevin idarə etdiyi "Hyunday Elantra” markalı avtomobillə "Mersedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini - həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib. Məlumatı Sumqayıt Şəhər Polis İdarəsi təsdiqləyib.
E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ailənin iki azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
111
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1171
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1203
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
994
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
630
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
726