Paytaxtda 4 nəfəri gün vurdu - QIZMAR İSTİLƏRİN FƏSADLARI
Həftə sonu qızmar hava şəraitinin davam etməsi nəticəsində günvurma halları çoxalıb. Şənbə və bazar günləri paytaxtda 4 nəfəri gün vurub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva APA TV-yə açıqlamasında bildirib ki, həftə sonu günvurma ilə stansiyaya 4 nəfər müraciət edib.
Gün vuranlardan iki nəfəri xəstəxanaya yerləşdirilib. Baş həkimin müavini qeyd edib ki, yay mövsümü başlayandan bu günə kimi isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 59 nəfər günvurma ilə bağlı müraciət edib. Onlardan 20 nəfər xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
15:18
155
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1178
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1210
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
996
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
630
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
728