Rio-2016: Sotomayor 1/4 finalda, Teymur Məmmədov mübarizəni dayandırdı
Rio Olimpiadasında boks yarışları davam edir. APA TV-nin məlumatına görə, Azərbaycan yığmasının iki üzvü də növbəti döyüşlərini keçiriblər.
Rinqə ilk olaraq Lorenzo Sotomayor çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz gücünü 1/8 final mərhələsində sınayıb. Onun rəqibi fransalı Hassan Amzile olub. 2:1 hesabı ilə qalib gələn təmsilçimiz 1/4 finala yüksəlib.
Gecənin ikinci döyüşündə isə London Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın bayraqdarı Teymur Məmmədov yumruqlarının gücünü sınayıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qazaxıstanlı Adilbek Niyazimbetovla döyüşüb. Təssüf ki, medalın bir addımlığında olan boksçumuz bu hədəfinə çata bilməyib. Rəqibinə 0:3 hesabı ilə məğlub olan Məmmədov Olimpiadada çıxışını başa vurub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək