İTV-nin redaktorunun evinə basqın olub
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) informasiya departamentinin böyük redaktoru Sərvər Bayramovun evinə basqın olub.
Bu barədə APA -ya məlumat verən S. Bayramov bildirib ki, ki, təxminən saat 01.00 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində olan evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidərək aşağı enib. Bu zaman maskalı şəxslərin evi axtardığını görüb. Həmin şəxslər S. Bayramovu gördükdən sonra qaçıblar.
Hadisə barəsində Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən APA TV -yə bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
155
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1178
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1210
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
996
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
630
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
728