Mərmini laqunda ilə doğramaq istədi, həyatından oldu - SUMQAYITDA PARTLAYIŞ
Sumqayıt şəhərində ölümlə nəticələnən partlayış baş verib. APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dünən günorta saatlarında şəhərin Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsmək istəyib. Bu zaman partlayış baş verib, Ruslan Vəliyev partlayış nəticəsində ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, partlayış zamanı həyətdə olan “Tavriya” markalı maşın yanıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
190
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1194
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1225
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1000
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
635
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
733