Bakıda evdən 50 min manatlıq qızıl oğurlandı
Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Hadisə rayonun Alı Mustafayev küçəsində qeydə alınıb. Oğrular 43 saylı evdə yaşayan 1977-ci il təvəllüdlü Mahirə Həsənovanın mənzilindən 50 min manat dəyərində qızıl-zinət əşyaları aparıblar.
Zərərçəkən hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları və ekspertlər cəlb edilib, mənzildən əl-barmaq izləri götürülüb. Ekspertlərin qənaətinə görə, çağırılmamış qonaqlar mənzilə açar seçmə yolu ilə daxil olublar.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:18
190
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1194
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1225
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1000
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
635
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
733