Bakıda yol qəzası: maşınlardan biri aşdı
Bakıda yol qəzası baş verib, maşınlardan biri aşıb. APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə və Cavadxan küçələrinin kəsişməsində qeydə alınıb. “4-cü mikrorayon dairəsi”ndə “Yol ver!” nişanının tələbini pozan “Mercedes” markalı avtomobil “Kia” markalı maşını vuraraq aşırıb.
Hadisə nəticəsində “Kia”nın sürücüsü və sərnişini xəsarət alıb.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gələrək, müayinələr aparıblar. Qəza nəticəsində zədələnən avtomobillər cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
191
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1194
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1225
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1000
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
635
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
733