Şəmkirdə maşın at arabasını vurub: 6 yaralı
Şəmkirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasə baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. Naməlum avtomobil yol ilə hərəkət edən at arabasını vuraraq hadisə yerindən uzaqlaşıb. Qəza zamanı arabada olan 28 yaşlı Mətləb Məmmədov, onun həyat yoldaşı, 26 yaşlı Tərlan Məmmədova, övladları 6 yaşlı Uğur, 2 yaşlı Ayşən və onların qohumları 15 yaşlı Aidə Məmmədova və 9 yaşlı Rauf Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
190
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1194
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1225
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1000
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
635
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
733