Şənbə gününün havası: 41 dərəcə!
Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, şimal-şərq küləyi əsəcək.
Sinoptiklərin məlumatına görə, havanın temperaturu gecə yarımadada 23-27, gündüz 34-39, yarımadanın bəzi yerlərində 41, Bakıda gecə 24-26i, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlıqda bildirilir ki, avqustun 13-14-də Abşeron yarımadasında gözlənilən isti temperatur diskomfort şərait əksər əhali üçün əlverişsizdir. Bu səbəbdən uzun müddət açıq havada olmaq məsləhət deyil.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək