FETÖ-nün ordudan uzaqlaşdırdığı zabitlər geri dönəcək
Türkiyə Silahlı Qüvvələrində xidmət keçən 39 min 287 zabitin FETÖ ilə əlaqəli olub-olmadığına dair araşdırma aparılacaq. APA TV-nin məlumatına görə, 15 iyul silahlı çevriliş cəhdindən sonra FETÖ ilə əlaqəsi olan 2403 zabit ya həbs olunub, ya haqqında ordudan ixrac qərarı verilib. Milli Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin yenidən formalaşdırılması prosesi çərçivəsində aparılacaq araşdırmaya kiçik leytenant rütbəsindən polkovnik rütbəsinə kimi bütün zabitlər cəlb olunacaq. Araşdırma müddətində zabitlərin rütbələrinin artırılması prosesi dondurulacaq. Araşdırmanı Milli İstihbarat Təşkilatı və Polis Kəşfiyyat Qurumu birgə aparacaq. FETÖ ilə əlaqəsi aşkarlanan bütün zabitlər ordudan ixrac ediləcəklər. Boşalan zabit yerlərinə isə son 13 ildə Fəthullahçı Terror Təşkilatının əli ilə ordudan uzaqlaşdırılan, hazırda təqaüddə olan zabitlər dəvət olunacaqlar. Onlar təklifi qəbul edəcəkləri təqdirdə hərbi xidmətə bərpaları təmin ediləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək