"KamAZ" "MAN"la toqquşdu, sürücü sükan arxasında sıxılmış vəziyyətdə qaldı
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə 04.30 radələrində Bakı-Qazax əsas magistral yolunun 204-cü kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində baş verib. Tovuz rayon sakini 63 yaşlı Sabir Əsəd oğlu Paşayevin idarə etdiyi "KamAZ" maşını Hacıqabul rayon sakini, 46 yaşlı Zaur Maşallah oğlu Xankişiyevin yol kənarında saxladığı "MAN" markalı maşına çırpılıb. "KamAZ"ın sürücüsü hadisə yerində dünyasını dəyişib. Sürücünün sıxılmış meyitini hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı Baş Dövlət Yol Polisini Təhqiqat və İstintaq Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
190
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1194
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1225
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1000
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
635
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
733