Bakıda temperatur 41 dərəcəyə çatacaq - RƏSMİ XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraitinin davam edəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatda deyilir ki, Bakı və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan Muxtar Respublikasında və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 43, dağlıq rayonlarda 29-34 dərəcə isti olacaq.
Tibbi-meteoroloji xəbərdarlıqda bildirilir ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Bu səbəbdən uzun müddət açıq havada olmaq məsləhət deyil.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək