Ərəb turist oteldə vəfat etdi
"JW Marriott Absheron" otelində meyit aşkar olunub . APA TV-nin məlumatına görə, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Səbail rayon Polis İdarəsindən ölən şəxsin 1953-ci il təvəllüdlü Almuxanna Muxammed Ali Amin olduğu təsdiqlənib. Turistin paytaxta tək gəldiyi bildirilir. Şəkərli diabetdən əziyyət çəkən Səudiyyə Ərəbistanı vətəndaşının ağır çəkili olduğu deyilir. Meyit üzərində aparılan tibbi müayinə zamanı vəfat edən şəxsdə hər hansı zəhərlənmə əlaməti aşkar edilməyib. Onun ürək tutmasında öldüyü güman edilir. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə , meyitin ailəsinə təhvil verilməsi üçün aidiyyəti qurumlarla danışıqlar aparılıb.
OXŞAR XƏBƏRLƏR
15:18
249
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1248
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1279
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1001
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
637
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
734