Türkiyədə erməni terrorçu həbs olundu
Türkiyənin Hatay vilayətində yaxalanan erməni əsilli fransız terrorçu həbs edilib. Avqustun ikisində vilayətin şəhər mərkəzində polis tərəfindən tutulan Arthium Aloyan "silahlı terror təşkilatına üzv olmaq" cinayətindən həbs olunub.
2012-ci ildən müsəlman olduğunu bildirən Fransa vətəndaşı Aloyan, Ermənistan yezidilərindən olduğunu, Suriyada "Əl Nusra" cəbhəsində döyüşdüyünü və erməni, fransız, ərəb, rus, ingilis və kürd dillərini bildiyini açıqlayıb.
Aloyan haqqında Türkiyəyə girmək qadağası olub, onun adı xarici terrorçu döyüşçülər arasında yer alıb.
Onun üzərindən döyüş bölgəsindən fotolar, işarələnmiş hərbi hücum xəritələri və müdafiə planları, əldə düzəltmə partlayıcılar və bunlara aid kimyəvi maddə görüntüləri tapılıb.
O, Türkiyəyə İstanbuldakı ailəsi ilə görüşmək üçün gəldiyini deyib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək