NATO: "Türkiyə hərbi alyansı tərk etməyəcək"
"Türkiyə dəyərli müttəfiq və NATO əməliyyatlarına böyük töhfələr verən bir ölkədir". Bu fikirlər NATO komandanlığının yaydığı bəyanatda yer alıb. Rusiya ilə yaxınlaşmadan sonra Türkiyənin hərbi alyansı tərk edə biləcəyi fikrinə münasibət bildirən NATO komandanlığı qeyd edib ki, Türkiyənin alyansı tərk etməsi müzakirə mövzusu deyil: "NATO Türkiyənin davamlı töhfələr verəcəyinə inanır, Türkiyə də NATO-nun dəstəyinə etibar edə bilər". Açıqlamada NATO baş katibi Yens Stollenberqin 15 iyul silahlı çevriliş cəhdindən dərhal sonra həm xarici işlər naziri Mövlud Şavuşoğlu, həm prezident Ərdoğana zəng vurduğu xatırladılıb, NATO-nun Türkiyənin seçilmiş hökumətinə tam dəstək verdiyi bəyan edilib.
OXŞAR XƏBƏRLƏR
15:18
273
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1268
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1300
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1005
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
640
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
737