Çimərliklərdə oğurluq üzrə ixtisaslaşmış azyaşlı uşaqlardan ibarət dəstə ələ keçdi
Çimərliklərdə vətəndaşlardan oğurluq etmək üzrə ixtisaslaşmış yeniyetmə və azyaşlılardan ibarət dəstənin üzvləri saxlanılıb. APA TV-nin məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sumqayıt sakini Mirhikmət Həmidovun rəhbərlik etdiyi 4 azyaşlıdan ibarət qrup ələ keçib. Araşdırma zamanı məlum olub ki, qrup üzvləri avqustun 4-də Novxanı qəsəbəsindəki dəniz çimərliyində Abşeron rayon sakini Rəhimə Qasımovaya məxsus içərisində 50 manat pul, 2 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi olan çanta oğurlayıblar. Saxlanılan şəxslər Sumqayıt şəhər sakinləridir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
273
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1268
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1300
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1005
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
640
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
737