Dibçəkdə narkotik əkib-becərən paytaxt sakini tutuldu
Bakıda öz həyətində narkotik bitki əkib-becərən paytaxt sakini tutulub. APA TV-nin məlumatına görə, Daxili İşlər Nazirliyinə daxil olan məlumat əsasında hərəkətə keçən Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi və Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları 51 yaşlı paytaxt sakini Elşən Hüseynovu saxlayıblar. Onun Mehdiabad qəsəbəsi, 28 May küçəsindəki evinə baxış zamanı yaş halda ümumi çəkisi 19 kiloqram olan 54 ədəd çətənə kolu aşkarlanıb. İlkin ifadəsi zamanı o bildirib ki, çətənə kollarını bu ilin aprelində zibil qutusundan tapıb. Daha sonra kolları evə gətirərək dibçəkdə çoxaltmağa başlayıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət içi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
273
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1268
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1300
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1005
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
640
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
737