Lerik sakini qardaşının qayınanasını qətlə yetirdi
Lerikdə qətl hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Bülüdül kəndində qeydə alınıb. Kənd sakini, 24 yaşlı Ağaəli Vahid oğlu Lələyev şəxsi münaqişə zəminində qardaşı, 26 yaşlı Fərmayıl Mikayılovun qayınanası, 50 yaşlı Nazqayıt Qaraxan qızı Abıyevanı kürək nahiyəsindən bıçaqlayıb. Nazqayıt Abıyeva aldığı dərin yaradan hadisə yerindəcə dünyasını dəyişib.
Qətl hadisəsini törətmiş Ağaəli Lələyev şübhəli şəxs qismində yaxalanaraq istintaqa təhvil verilib. O, törətdiyi əməli etiraf edib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
273
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1268
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1300
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1005
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
640
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
737