Masallı sakininin evi külə döndü
Masallıda güclü yanğın baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Qızılavar kənd sakini Xankişi Rüstəm oğlu Babayevə məxsus fərdi yaşayış evində qeydə alınıb.
Yanğın barədə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinə məlumat daxil olan kimi hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin və güclü alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli, 8 otaqlı evin ikinci mərtəbəsində 4 otaq içindəki əşyalarla birlikdə və dam örtüyü tamam yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
286
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1280
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1311
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1008
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
642
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
739