Gəncədə avtomobil aşıb, yaralılar var
Gəncədə 4 nəfərin xəsarətalması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “BWV” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında olan səkyə çırpılıb. Zərbənin gücündən avtomobil aşıb. Qəza zamanı 4 nəfər, 1994-cü il təvəllüdlü İlahə Cəlilova, 1991-ci il təvəllüdlü Şahlar Verdiyev, 1999-cu il təvəllüdlü İsmayıl Əlibəy və Nurlan Ələsgərov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
286
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1280
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1311
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1008
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
642
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
739