24 yaşlı Lənkəran sakini dənizdə boğuldu
Lənkəranda boğulma hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun Vel kəndi ərazisində qeydə alınıb. Rayonun Moloja kənd sakini, 24 yaşlı Əlövsət İntiqam oğlu Səttarov dənizin nəzarət olunmayan ərazisində çimərkən boğulub. Boğulan şəxsin meyiti ətrafdakı vətəndaşlar tərəfindən sudan çıxarılıb. Təcili yardım briqadası gələnədək Əlövsət Səttarovu həyata qaytarmağa cəhd göstərilsə də, bunun heç bir səmərəsi olmayıb. Daha sonra gənc oğlanın meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
299
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1291
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1321
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1012
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
644
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
742