Raquf Orucovun ailəsinə aylıq 1039 manat sosial ödəniş təyin olundu
Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə aylıq 1039 manat sosial ödəniş təyin olunub. APA TV-nin məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, şəhidin həyat yoldaşı Sevinc Əlizadə şəhid ailəsi kimi onlara qeyd olunan sosial ödənişlərin təyin olunması ilə bağlı bir neçə gün bundan öncə, yəni avqustun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Müraciəti zamanı həmin sosial ödənişlərin təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulan lazımi sənədləri tam tərkibdə təqdim etməməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi ilə əlaqə saxlayaraq, əməkdaşlıq şəraitində qısa müddətdə həmin sənədlərin tam tərkibdə əldə olunmasını təmin edib. Beləliklə şəhid polkovnik-leytenant Raquf Orucovun ailəsinə 907,70 manat aylıq əmək pensiyası, habelə 132 manat Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdü, ümumilikdə 1039 manat məbləğində aylıq sosial ödəniş təyin edilib. Artıq şəhidin həyat yoldaşı üçün həmin sosial ödənişlərin alınması üçün müvafiq banka ödəniş kartı da sifariş edilib. Aprel ayı da daxil olmaqla, son 4 ayın ümumi məbləğinin onun kart hesabına köçürülməsi tam təmin olunacaq. Yaxın bir neçə gündən sonra Sevinc Əlizadə banka gedərək ödəniş kartını götürə biləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək