İstirahətdən "istirahətə" - Nabrandan polis bölməsinə aparan yol
Abşeron rayon sakini 37 yaşlı Şahin Qəhrəmanov istirahətdə olarkən tutulub. APA TV-nin məlumatına görə, saxlanılan şəxs Nabranda olarkən restoranların birində bir nəfərlə tanış olub. Yeyib-içən şəxslərin kefləri kök olduğundan, tərəflər arasında səmimiyyət yaranmağa başlayıb. Bu zaman Şahinin tanımadığı şəxs ona narkotik vasitə təklif edib. Sərxoş Şahin təklifi qəbul edib. Daha sonra sözügedən şəxs Şahinə “İstəsən, sənə yenə narkotik vasitə tapa bilərəm” deyib. Razılıq verən Şahin həmin şəxslə görüşüb. Narkotik vasitəni götürüb Bakıya qayıdan Şahin Qəhrəmanov Xırdalana gəlib. Özünün dediyinə görə, maşını xarab olduğundan, onu təmir etmək üçün maşınına baxış keçirib. Elə bu zaman Abşeron rayon Polis İdarəsinin əməliyyatçıları onu tutaraq idarəyə gətiriblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək