Neftin qiyməti 44 dolları keçdi
Dünya bazarında neft bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, son 24 saat ərzində "Brent" markalı neftin maksimum qiyməti 44,31 dollar olub. Birjaların səhər seanslarında isə "Brent" neftinin bir bareli 43,89 dollardan satılıb. Qərbi Texas neftinin qiymətində də artım var. Sutka ərzində WTİ neftinin maksimum qiyməti 41,94 dollar olub, səhər seanslarında isə bu markadan olan neft 41,56 dollardan satılmağa başlayıb.
Birjalarda neft satışına dair həftənin son seansları bu gün keçiriləcək. Ekspertlər gələn həftənin ilk seanslarında neftin qiymətinə korreksiyalar ediləcəyini, həftəlik orta qiymətin 43 dollar olacağını proqnozlaşdırırlar.
OXŞAR XƏBƏRLƏR
15:18
302
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1294
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1322
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1012
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
644
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
744