Keçmiş polis rəisinin oğlu qəzada öldü
İmişlidə baş verən qəzada 27 yaşlı sürücü ölüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Kürdəmir-İmişli magistralında, Allahmədətli kəndi ərazisində qeydə alınıb. “Range Rover” markalı, 90 EP 003 dövlət nömrə nişanlı avtomobili idarə edən İmişli rayonunun Bəcirəvan kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Anar Möhübbət oğlu sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb.
Sürücü aldığı xəsarətlərdən İmişli rayon xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib. Qeyd edək ki, qəza nəticəsində ölən Anar Hüseynov iyunun sonunda daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə təqaüdə göndərilən Lənkəran RPŞ-nin rəisi polis polkovniki Möhübbət Hüseynovun oğludur.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək