Lənkəran mərkəzi bazarında güclü yanğın olub
Lənkəranda güclü yanğın hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, yanğın bu gün səhər saatlarında şəhərin "Böyük bazar" adlanan ərazisindəki avtonəqliyyat müəssisəsinə məxsus dispetçer otağından başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 250 kvadratmetr olan binanın 71 kvadratmetr ərazisi, o cümlədən binaya bitişik olan 55 kvadratmetr çayxana və mobil telefon mağazası yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
373
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1356
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1383
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1014
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
647
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
746