Ayağını sancan əqrəbi tutub xəstəxanaya apardı
Cəlilabadda daha bir əqrəbsancma hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən axşam rayonun Suluçeşmə kəndində qeydə alınıb. Kənd sakini, 42 yaşlı Eldar Bağırov su içmək üçün evdən bayıra çıxıb. Bu zaman əqrəb onun sağ ayağının pəncə nahiyəsindən sancıb. Eldar Bağırov ayağını sancan həşaratın əqrəb olduğuna əmin olmaq üçün onu tutaraq özü ilə xəstəxanaya gətirib.
"Evdə uzanmışdım, susadım, çıxdım ki, su içəm. İşıqlar da sönmüşdü. Əqrəb ayağımın altında qalmağı ilə məni sancdı. Mən əl fənəri ilə gəzib onu tapdım, qoydum şüşənin içinə, həkimə gələndə özümlə gətirdim ki, baxsınlar nə həşəratdır?
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında Eldar Bağırova müvafiq tibbi yardım göstərilib, zəhər əleyhinə zərdab vurulub. Hazırda onun vəziyyəti stabil olaraq qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək