Ucarda həllini gözləyən yol problemi
Ucar rayon, Qazyan kəndinin yolları, sürücü və piyadaların rahat gediş-gəlişinə bir qədər çətinlik yaradır. Gündəlik bu yollardan istifadə edən kənd sakinləri deyir ki, yolların təmiri ilə əlaqədar ara-sıra işlər görülsə də, vəziyyət qənaətbəxş deyil.
Kənd sakinlərinin sözlərinə görə, uzun illərdi istifadə olunan kənd yolları, asfalt örtüklə əvəzlənsə, problem həllini birdəfəlik tapmış olar.
Sakinlər deyir ki, yolların bərbad olması şəhər mərkəzinə və geriyə taksi xidmətinin qiymətinin iki dəfə bahalaşmasına səbəb olur.
Qazyan kənd bələdiyyə sədrinin sözlərinə görə, 1300 təsərrüfatı, 6000-dən çox əhalisi olan kəndin yolları mütəmadi olaraq düzəldilir.
Kənd sakinləri yol probleminin tezliklə həll olunacağına ümid etdiklərini bildirirlər.
OXŞAR XƏBƏRLƏR
15:18
373
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1356
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1383
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1014
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
647
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
746