16 yaşlı qız dənizdə boğulub öldü
Bakıda 16 yaşlı qız dənizdə batıb. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu ərazisindəki çimərlikdə qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə yollanıblar. Aparılan axtarışlar nəticəsində dənizdə boğulan şəxsin meyiti tapılaraq sahilə çıxarılıb. Kimlik araşdırması nəticəsində məlum olub ki, meyit 2000-ci il təvəllüdlü, Əliyeva Səmayə Vasif qızına aiddir. 16 yaşlı qızın cəsədi aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma davam aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
389
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1369
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1394
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1016
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
649
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
749