Sürət həddini aşdı, maşını ağaca çırpdı - ÖLÜM
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı rayonunun Qalıncaq kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Əliyev Kamran Mübariz oğlu idarə etdiyi 10-GJ-313 dövlət nömrə nişanlı “VAZ 011” markalı minik avtomobili yolun kənarındakı ağaca çırpılıb. Hadisə yerinə təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının briqadası cəlb olunsa da, sürücünün həyatını xilas etmək mümkün olmayıb. Qəzanın sürət həddini aşma səbəbindən baş verdiyi güman olunur. Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
389
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1369
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1394
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1017
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
649
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
749