Europol: 31 min qadın İŞİD terrorçularından hamilə qalıb
31 min qadın İŞİD terrorçularından hamilə qaldığı aşıqlanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu rəqəm Avropa Polis Təşkilatının (Europol) hesabatında yer alıb. Təşkilat Avropada "Cihad nigahı"nın artdığını bildirir.
"Europol"un hesabatında 31 min qadının hamilə olduğu və İŞİD-in yeni nəslinin "çox təhlükəli" olduğu vurğulanır. Təşkilatın Avropada yaşayan kadrları arasında "Cihad nigahı"nın artması Avropa Birliyi ölkələrinin təhlükəsizliyi üçün təhdid kimi göstərilir. Xüsusilə İraq və Suriyadan Avropa ölkələrinə dönən təşkilat üzvlərinin pul toplama fəaliyyətlərinin asanlaşdığı qeyd olunur. Eyni zamanda bu insanların xalq arasında radikal fikirləri yaydığı və gələcəkdəki hücumlar üçün öncüllük etdiyi göstərilir.
"Europol" İŞİD-lə əlaqə saxlayan 5 min Avropa vətəndaşının İraq və Suriyaya getdiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək