Xırdalanda dəhşət: sevgilisinin 6 yaşlı qızını döyərək öldürdü
Azərbaycanda dəhşətli qətl törədilib. Hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətlər olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E.Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib. Saxlanılan şəxsin azyaşlının anası ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
15:18
398
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1378
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1402
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1019
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
652
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
752