7,6 km hündürlükdən paraşütsüz tullandı - TARİXDƏ İLK
Amerikalı skaydayver Lyuk Eykins tarixdə ilkə imza atıb. O, 7,6 km hündürlükdən paraşütsüz tullanıb.
APA TV-nin xəbərinə görə, 42 yaşlı skaydayver 20 mərtəbə hündürlüyündə, tikinti kranları arasında quraşdırılmış tora uğurlu eniş edib.
Enişdən dərhal sonra o, həyat yoldaşı və əzizlərini qucaqlayıb. “Mənə elə gəlirdi ki, uçuram. Bunun baş verməsi inanılmazdır” - deyə Lyuk deyib.
Havada ikən onun sürəti 200 km/s olub. İlk iki dəqiqədə Lyuku kameralı və oksigen ehtiyatı olan paraşütçülər müşayiət edib. O, bu rekord üçün yarım il hazırlıq görüb.
Qeyd edək ki, Lyuk Eykins peşəkar paraşütçüdür. Bu fəaliyyətə o, hələ yeniyetmə ikən başlayıb. Lyuk indiyə kimi 18 min dəfə tullanış edib.
OXŞAR XƏBƏRLƏR
15:18
398
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1378
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1402
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1019
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
652
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
752