İrəvanda polis binasını zəbt edən silahlı qrup təslim oldu
Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olub.
APA-nın məlumatına görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlama yayıb.
“Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”, - deyə məlumatda deyilir.
Qrupun rəhbərlərindən biri Varujan Avetisyan isə bildirib ki, təslim olmalarına baxmayaraq, Ermənistanda xalq hərəkatına böyük təkan veriblər.
Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib. Onlar Ermənistan prezidenti Serj Sərkisyanın istefa verməsini, “Yeni Ermənistan” İctimai Xilas Fondunun həbsdə olan lideri və “Təsis parlamenti”nin sədri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək