Bərdədə "Mercedes" kanala aşdı: 3 ölü, 1 yaralı
Bərdədə 3 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Qılınclı kəndi ərazisində qeydə alınıb.
Bərdə rayonu Hızırı kənd sakini, 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi 99 HM 703 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil su kanalına düşüb.
Nəticədə sürücünün özü və sərnişinləri - 1984-cü il təvəllüdlü Bəxtiyar Ədalət oğlu Yusifli və 1952-ci il təvəllüdlü Dilgəm Məhəmməd oğlu Məmmədov hadisə yerində ölüb. Sərnişinlərdən Sahib Adil oğlu Hüseynov müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
398
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1378
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1402
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1019
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
652
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
752