Türkiyənin ədliyyə naziri: "Gülən Birləşmiş Ştatlardan qaçıb "
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ ölkədə çevriliş cəhdində ittiham olunan Fətullah Gülənin ABŞ ərazisini tərk etdiyini ehtimal edir.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, nazir F.Gülənin üz tutduğu ehtimal olunan ölkələrin də adını sadalayıb.
Onun sözlərinə görə, nurçuların lideri hazırda Avstraliya, Meksika, Kanada, Cənubi Afrika və yaxud Misirə sığınıb.
Qeyd edək ki, Türkiyədə iyulun 16-na keçən gecə baş vermiş çevriliş cəhdindən sonra ölkə ərazisində Gülən şəbəkəsinə aid 1000-dən çox məktəb və hazırlıq kursu, o cümlədən telekanal, qəzetlər və bu şəbəkə ilə əlaqəsi olmaqda şübhəli bilinən digər təyinatlı müəssisələrin fəaliyyəti dayandırılıb.
OXŞAR XƏBƏRLƏR
15:18
416
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1389
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1411
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1019
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
653
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
753