Daşkəsəndə avtobus dərəyə aşdı: ölən var
Daşkəsəndə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 26-da axşam saatlarında rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.
“PAZ” markalı sərnişin avtobusunun dərəyə aşması nəticəsində Göygöl rayonunun Çaykənd kənd sakini, 1996-cı il təvəllüdlü Yusif Nəcəfov ölüb, iki nəfər isə xəsarət alıb. Xəsarət alan Zəylik kənd sakinləri - 1994-cü il təvəllüdlü Tural Cəlalov və həmyaşıdı Fərid Dalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
480
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1452
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1474
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1022
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
655
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
756