İŞİD Türkiyə-Suriya sərhədində partlayış törətdi: 44 ölü
Türkiyə-Suriya sərhədində, Suriyanın şimal-şərqində yerləşən Haseke vilayətinin Kamışlı qəsəbəsində güclü partlayış baş verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kamışlı qəsəbəsində Hilal qovşağı yolunda PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin qərargahının yaxınlığında bomba yüklü avtomobil partladılıb.
“Röyters”in məlumatına görə, hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Suriya dövlət televiziyasının yaydığı xəbərə görə, partlayış nəticəsində 44 nəfərin öldüyü, 170 nəfərin isə yaralandığı bildirilib. Eyni zamanda partlayış Türkiyənin Mardin vilayətinin Nusaybin qəsəbəsində 2 nəfərin yaralanmasına səbəb olub.
OXŞAR XƏBƏRLƏR
15:18
481
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1453
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1475
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1022
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
655
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
756