Rusiyanın daxili işlər naziri qafqazlılara qarşı HÜCUMLARA HAQQ QAZANDIRIB
Rusiyanın daxili işlər naziri Yeqor Şerbakovun qətlindən sonra bir qrup şəxsin etiraz aksiyası keçirməsi və Biryulevoda meyvə-tərəvəz bazasına hücum etməsinə haqq qazandırıb. Vladimir Kolokolçev deyib ki, ictimai asayiş və stabilliklə bağlı öz mövqeyini aktiv şəkildə ortaya qoyan vətəndaşları dəstəkləyir. Lakin o bildirib ki, bütün bu proseslər qanunvericilik çərçivəsində həyata keçirilməlidir.
Daxili işlər naziri Biryulevoda vəziyyətin polislərin adekvat addımları nəticəsində stabilləşdirildiyini deyib. O, Yeqor Şerbakovun qatilinin tapılmasının ictimai sifariş olduğunu bildirib və bu sifarişin yerinə yetirilməsi üçün polislərin gecə-gündüz çalışdığını vurğulayıb. Vladimir Kolokolçev Orxan Zeynalovun saxlanması zamanı yol verilən qanunsuzluqlara münasibət bildirməyib.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"