Rusiyanın "ağ ciyəri" təhlükədə: TAYQA YANIR
Rusiyada meşə yanğınları başlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, yanğınlar ölkənin 12 regionunda 1000 hektarlarla ərazini əhatə edib.
Ən çətin vəziyyət Yamalo-Nemets bölgəsində yaranıb. Bölgənin demək olar hər yerini tüstü bürüyüb. Əraziyə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb edilib. Tayqada başlayan yanğın Xantı-Mantiysk, Tümen və Yekaterinburq ərazilərinə keçib.
Qatı tüstü yanğınla mübarizəyə ciddi əngəl törədir. Ural regionunda insanların nəfəs almasının belə çətinləşdiyi deyilir.
Moskvadan əlavə qüvvələrin göndərilməsi davam edir. Aviasiya da yanğınla mübarizədə iştirak edir. Lakin cəhdlərin effektsiz olduğu vurğulanır.
OXŞAR XƏBƏRLƏR
15:18
480
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1452
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1474
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1022
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
655
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
756