Rusiyaya getmək istəyənlər, əliniz cibinizdə olsun! – SOBYANİNDƏN ŞOK TƏKLİF
Rusiyaya gələn miqrantların əksəriyyəti qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olurlar, buna görə onlar ölkə sərhədini keçərkən xüsusi rüsum ödəməlidir. Bu təkliflə Moskva meri Sergey Sobyanin çıxış edib.
O bildirib ki, Rusiyada sahibkarlara miqrantlarla işləmək daha sərfəlidir: "Birincisi, onlara daha az əmək haqqı ödənir, ikincisi əmək miqrantlarına görə, heç bir sığorta və vergi ödənişi edilmir. Elə etmək lazımdır ki, sahibkar Rusiya vətəndaşını işə götürməkdə daha maraqlı olsun. Bu səbəbdən ölkəyə işləməyə gələn miqrantlardan sığorta və vergi ödənişləri şəklində əvvəlcədən müəyyən məbləğdə məcburi rüsum alınmalıdır”.
Sergey Sobyanin bildirib ki, miqrantların çalışdığı bazarların və topdansatış meyvə-tərəvəz bazalarının bağlanacağı təqdirdə məhsulların qiymətlərinin bahalaşacağı barədə fikirlərlə razı deyil. O bu cür fikirləri spekulyasiya adlandırıb.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"