Fransada dəhşət: silahlı şəxslər kilsədə keşişin başını kəsdilər
Fransanın şimalında bıçaqla silahlanan iki şəxs kilsəyə girərək oradakı insanları girov götürüb.
APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, hadisə Normandiya əyalətinin Sent-Etyen-dyu-Ruvr şəhərində qeydə alınıb.
Hadisə yerinə dərhal polis əməkdaşları gəlib, kilsənin yerləşdiyi ərazi nəzarətə götürülüb.
Cinayətkarlar kilsəyə gizli yolla daxil olublar. Məlumata görə, kilsədə iki rahibə, keşiş və iki sakin var. Rahibələrdən biri qaçmağa müvəffəq olub.
Əməliyyat başlanıb və polislər basqınçılardan ikisini zərərsizləşdirib. Onlardan biri öldürülüb, digəri sağ ələ keçib.
Buna qədər isə silahlı şəxslər keşişin başını kəsiblər. Din xadiminin 92 yaşı olub. Girovlardan biri bıçaqlanıb, onun vəziyyəti ağırdır və xəstəxanaya çatdırılıb.
Hadisə yerinə Fransa prezidenti Fransua Olland və daxili işlər naziri Bernar Kaznev də gəlib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək